Bank Of Baku

Azərbaycanda əhəngdaşı və qum-çınqıl yataqları hərraca çıxarılacaq

Azərbaycanda əhəngdaşı və qum-çınqıl yataqları hərraca çıxarılacaq
# 24 fevral 2022 12:52 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1,5-2 hektar, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0,6-1,2 hektar, Ağsuda yerləşən Girdimançay” qum-çınqıl yatağının isə müvafiq olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq. Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR