Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini daxili proseslərin optimallaşdırılması və onların rəqəmsallaşdırılması, təmin edilən xidmətlərin hamısının elektronlaşması sahəsində işlərə start verib.
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Xidmətinin 2021-ci il üzrə fəaliyyətinə dair mətbuat konfransında çıxış edən qurumun rəhbəri Məmməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, bu istiqamətdə elektron rəqabət portalının yaradılması nəzərdə tutulur.
"Bu portal sahibkarlara, istehlakçılara xidmətin əlçatanlığın və şəffaflığın təmin edilməsində çox vacib bir həldir", - deyə M. Abbasbəyli qeyd edib.