Bank Of Baku

Azərbaycanda əmtəə bazarı 3%-dən çox böyüyüb

Azərbaycanda əmtəə bazarı 3%-dən çox böyüyüb
# 10 avqust 2023 12:29 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 mlrd. manatlıq, o cümlədən 17,5 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2% , qeyri-ərzaq malları üzrə 4,3% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manatlıq, o cümlədən 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,0 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR