İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter”də məlumat paylaşıb.
“İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdə ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafını təmin edəcək alət və mexanizmlərin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən halal infrastrukturun formalaşdırılması imkanları, beynəlxalq təşkilatların bu prosesə cəlb edilməsi və birgə layihələrin icrası sahəsində əməkdaşlığa dair müzakirələr apardıq”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.