Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16,1% artaraq 823,7 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,9%-i hüquqi şəxslərin, 48,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,3% artaraq 419,9 mln. manat təşkil edib.