Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,2 dəfə artaraq 89,8 mln. manat olub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 48,8%-i hüquqi şəxslərin, 51,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar ayı ilə müqayisədə 2,5 dəfə artaraq 43,3 mln. manat təşkil edib.