Bu ilin martın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5304,6 min nəfər olub, onlardan 4 988,9 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,86%, məşğul əhalinin sayı isə 2% artıb.
Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1679,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,0 min nəfər, qeyri-dövlət sektorunda isə 778,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1647,7 min nəfər çalışıb.