Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
# 15 aprel 2022 17:57 (UTC +04:00)

Bu il aprelin 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5307,1 min nəfər olub, onlardan 4991,7 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,88%, məşğul əhalinin sayı isə 2,1% artıb.
Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1682,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 902,5 min nəfər, qeyri-dövlət sektorunda isə 779,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1650,8 min nəfər çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR