Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb
# 18 iyul 2022 15:38 (UTC +04:00)

Bu ilin iyulun 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5334,3 min nəfər olub, onlardan 5026,1 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 2% artıb.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,5 min nəfər, qeyri-dövlət sektorunda isə 802,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi tikintidə, 7,1 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR