2023-cü ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 38,5 milyard manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 5,4% artıb.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,2% artaraq 37 milyard manata bərabər olmuş, onun 46,7%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Xatırladaq ki, hesabat dövründə bir istehlakçı orta hesabla ayda 541,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 82,1 manat çox vəsait xərclənib.