Azərbaycanda bu günədək 49 548 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.