2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2952 ədəd stolüstü, 330 ədəd isə dizüstü fərdi kompüter istehsal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 3.3 dəfə stolüstü kompüter, 22 dəfə isə dizüstü kompüter istehsalı artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında 898 ədəd stolüstü kompüter, 15 ədəd isə dizüstü kompüter istehsal edilib.