Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 373,6 mln. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30,2% və ya 86,8 mln. manat çoxdur.
Cari ilin noyabr ayında satışların həcmi oktyabr ayı ilə müqayisədə 20,4% və ya 8,9 mln. manat artaraq 52,4 mln. təşkil edib.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,2 faiz bəndi çoxdur.