Bank Of Baku

Azərbaycanda mebel istehsalı idxalı üstələyib

Azərbaycanda mebel istehsalı idxalı üstələyib
# 19 dekabr 2023 13:10 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 120 milyon 847 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% və ya 20.9 milyon dollar çoxdur. 2022-ci ilin ilk 11 ayında Azərbaycana 99 milyon 899 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.76% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-noyabr aylarında ölkədə 249.8 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR