Bank Of Baku

Azərbaycanda mebel istehsalı idxalını 2 dəfə üstələyib

Azərbaycanda mebel istehsalı idxalını 2 dəfə üstələyib
# 23 oktyabr 2023 11:03 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 98 milyon 755 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 18 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycana 80 milyon 738 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Xatırladaq ki, hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.78% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 199.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, Azərbaycanda mebel istehsalı idxaldan 2 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR