Ötən il Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərin həcmi 1,3 mlrd. manat təşkil edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən il mikrosahibkarların gəlirləri illik ifadədə 54,2% artıb.
Hesabat ilində xarici mikrosahibkarların Azərbaycanda əldə etdikləri gəlirlərin həcmi 86,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 85,1% çoxdur. Birgə (xarici və yerli) mülkiyyətli olan müəssisələr isə ötən il 15,3 mln. manat gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 20,1% çoxdur.
Xatırladaq ki, meyarlara əsasən, mikrosahibkarlıq subyekti işçilərinin sayı 10-dək, illik gəliri isə 200 min manatadək olan sahibkarlar sayılır.