Bank Of Baku

Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir

Azərbaycanda qadın sahibkarların sayı artmaqda davam edir
# 24 aprel 2023 14:07 (UTC +04:00)

2023-cü il aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 277 min 246 nəfər təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, qadın sahibkarların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 20 min 438 nəfər artıb.

Qeyd edək ki, sahibkar “zərif cinsin nümayəndələri”nın 40%-i kənd təsərrüfatında(110872), 19%-i ticarət(52507), 14.2%-i xidmət sahəsində fəaliyyət göstərir.

Xatırladaq ki, Sahibkar qadınların 29,5%-i Bakıda, 10,2%-i Lənkəran-Astara, 9,2%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR