Azərbaycanda sahibkarlar üçün onlayn sərgi platforması təqdim olunub

Azərbaycanda sahibkarlar üçün onlayn sərgi platforması təqdim olunub
# 06 dekabr 2021 17:40 (UTC +04:00)

Azərbaycanda sahibkarlar üçün onlayn sərgi platforması (globalpiyasa.com) təqdim olunub.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, layihənin təqdimatı Konfederasiya ilə Türkiyənin Polatlı Ticarət Palatası (PTP) arasında təşkil olunan görüşdə baş tutud.

Görüşdə platformanın hər iki ölkənin iqtisadiyyatı üçün uğurlu olacağı, xüsusən də Azərbaycan sahibkarları üçün məhsullarının tanıdılması, yeni bazarlara çıxmaq imkanı yaratdığı qeyd olunub.

Platformanın 3 milyonadək ziyarətçisinin olduğunu və 50 min şirkəti özündə birləşdirdiyini diqqətə çatdırıb. Onlayn sərgi platforması B2B görüşlər və sərgi üzrə 7 dildə fəaliyyət göstərir.

Xatırladaq ki, bu ilin 9 sentyabr tarixində Konfederasiyası ilə PTP arasında iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, tərəflərin iştirakı ilə onlayn sərginin yaradılması, hər iki quruma üzv olan şirkətlər arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin işlənilməsi və həyata keçirilməsi kimi məsələləri özündə əks etdirən Əməkdaşlıq Protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR