Bank Of Baku

Azərbaycanda sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd. manat olub

Azərbaycanda sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd. manat olub
# 25 aprel 2023 12:45 (UTC +04:00)

Hazırda ölkəmizdə 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilir. İndiyə qədər sənaye zonalarına yatırılan vəsaitlərin ümumi həcmi 6.5 mlrd manat olub. Burada 10100 dən çox daimi iş yeri mövcuddur.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Sumqayıt kimya sənaye parkının rezidentləri indiyə qədər 7 mlrd. 366 milyon manat dəyərində məhsul istehsal edib. Onun da 2 mlrd. 674 milyon manatını xaricə ixrac edib. Təkcə 2022- ci ildə satış 2 mlrd. 711 milyon manat, ixrac isə 1 mlrd. 39 milyon manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR