2021-ci il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 871,8 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 80,6% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsal 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3%, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2%, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8%, tikinti gipsinin istehsalı 47,9%, tikinti kərpicinin istehsalı 57,3%, sementin istehsalı 6,3%, tikinti əhənginin istehsalı isə 4,4% artıb.
Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:
|
Mәhsul növlәri |
2021-ci ildə istehsal edilib |
Əvvəlki ilə nisbətən, % |
|
Sement, min ton |
3440,0 |
106,3 |
|
Tikinti gipsi, min ton |
35,8 |
147,9 |
|
ondan әmtәәlik |
35,8 |
149,2 |
|
Tikinti әhәngi, min ton |
35,8 |
104,4 |
|
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
88,7 |
174,3 |
|
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
81,2 |
169,2 |
|
Asfalt, min ton |
208,0 |
111,6 |
|
Tikinti kәrpici, min kubmetr |
784,9 |
157,3 |
|
Hörmә üçün hazır beton qarışığı, min ton |
2769,5 |
96,1 |
|
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
40184,8 |
156,8 |