Azərbaycanda tütün istehsalı artıb, siqaret istehsalı isə azalıb

Azərbaycanda tütün istehsalı artıb, siqaret istehsalı isə azalıb
# 18 mart 2024 13:44 (UTC +04:00)

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 681.2 milyon ədəd siqaret və siqarlar istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.1% azalıb.

Qeyd edək ki, hesabat dövründə ölkədə 846.3 ton tütün istehsal edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6.1 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR