Bank Of Baku

Azərbaycanda un istehsalı 5% azalıb

Azərbaycanda un istehsalı 5% azalıb
# 31 iyul 2023 17:39 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 642 min 971 ton buğda unu istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5% və ya 33 min 391 ton azalıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 676 min 362 ton buğda unu istehsal edilib.

Qeyd edək ki, 2023-cü ildə istehsal edilən unun 521 min 833 tonu əmtəəlik olub, bunun da 516 min 181 tonu satış üçün göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR