Bank Of Baku

Azərbaycanda vençur fondlarının yaradılmasına dair qanun layihəsi hazırlanır

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 16 mart 2022 16:02 (UTC +04:00)

Azərbaycanda vençur fondlarının yaradılması üçün qanun layihəsinin hazırlanma prosesinə "ASAN xidmət", Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri cəlb olunub.

"APA-Economics" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, müvafiq qanunun cari ildə qəbul olunacağı gözlənilir.

"Bu qanunun qəbul olunması həm startap hərəkatının inkişaf etdirilməsində, həm də vençur fondlarının yaradılmasında çox vacibdir. Bəzən yerli startaplar öz layihələrini son nöqtəyə çatdıra bilmirlər. Yəni investorların tapılmasında, layihələrin maliyyələşdirilməsində böyük çətinliklərlə üzləşirlər, bəzən, investorlar tərəfindən bu layihələrə inam da az olur. Ona görə də bu qanunun qəbul edilməsi çox vacibdir ki, hər iki tərəfdən bu məsələlər tənzimlənən və inam olsun", - deyə O. Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR