Bank Of Baku

Azərbaycanda yeni logistika mərkəzinin yaradılmasına 25 mln. manat yatırılıb - FOTO

Azərbaycanda yeni logistika mərkəzinin yaradılmasına 25 mln. manat yatırılıb - FOTO
# 18 aprel 2022 15:00 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə məxsus 11,000 m² ərazini əhatə edən sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Məhəmmədi ərazisində yerləşəcək müasir logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstəriləcək.

Necə oldu ki, yeni mərkəzin inşasına ehtiyac yarandı?

Veysəloğlu Şirkətlər Qrupunun missiyasına uyğun olaraq, əsas hədəflərindən biri də məhsulların düzgün saxlanılmasını, marketlərə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etməkdir. “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və “Veysəloğlu Distribusiya” şirkəti vasitəsilə müştərilərə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə soyuq anbarın tikilməsinə ehtiyac yarandı. “AVT Logistika” MMC-nin İdarə Heyətinin sədri Co Daybelin (Joe Dybell) sözlərinə görə, artıq polad tökülüb və növbəti həftələrdə daha əsaslı işlərin görülməsi nəzərdə tutulur.

Bu mərkəzin üstünlüyü nə olacaq?

Co Daybel (Joe Dybell): “Biz soyuq şəraitdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün çalışırıq. Vahid distribusiya mərkəzimiz vasitəsilə həm yerli, həm də beynəlxalq təchizatçılarla əməkdaşlıq edəcəyik. Biznesin həcmi müştərilərimiz üçün daha uyğun qiymətlərin əldə olunması ilə bağlı danışıqlar aparmağa imkan yaradacaq və beləliklə, dükanlara ən uyğun qiymətə daşınmalar həyata keçirə biləcəyik”.

Məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu olan yük avtomobillərinin alınması üçün də investisiya yatırımı edilib. Bu nəqliyyat vasitələrinin arxa qismi 2 hissəyə ayrılır və müvafiq avadanlıqlarla təchiz olunaraq lazımi temperaturu saxlaya bilir.

Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar Cümşüdovun sözlərinə görə,yeni logistika mərkəzində dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.

Yeni iş imkanları

Yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı yaradılacaq. Bu da mütəxəssislərin yetişdirilməsi, karyera ilə təmin edilməsi deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR