Bank Of Baku

Azərbaycanda yerli investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb

Azərbaycanda yerli investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb
# 11 aprel 2022 15:53 (UTC +04:00)

Bu il aprelin 1-nə Azərbaycanda uçotda olan 1 360 747 vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,7%, o cümlədən fiziki şəxslərin sayı 9,9%, hüquqi şəxslərin sayı 7,8% artıb.
Yanvar-mart ayları ərzində 3 098 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur. Kommersiya qurumlarının 82,2%-i elektron qaydada, 17,8%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. 530 kommersiya qurumunun (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,2%-i yerli investisiyalı, 12,8%-i xarici investisiyalı müəssisələrdir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli dövlət qeydiyyatına alınan investisiyalı kommersiya hüquqi şəxslərin sayı 8,3% artıb.
Ümumiyyətlə, aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.
Hesabat dövründə kommersiya qurumlarının 82,2%-i elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1% təşkil edib. 2022-ci ilin birinci rübündə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 433 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 14%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,2% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR