Bank Of Baku

Azərbaycanın Bolqarıstana ixracı 4 dəfəyə qədər artıb

Azərbaycanın Bolqarıstana ixracı 4 dəfəyə qədər artıb
# 21 iyul 2023 13:23 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixtac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə və ya 134.7 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Bolqarıstana 49 milyon 853 min dollar dəyərində məhsul ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Bolqarıstandan Azərbaycana idxal illik müqayisədə 32.8% və ya 6.7 milyon dollar azalaraq 13 milyon 886 min dollar olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0.76% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR