2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 123 milyon 989,84 min dollar dəyərində 439 min 38,75 ton buğda idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 32.8% və ya 100 min 996 ton, məbləğ baxımından isə 17.8% və ya 18 mln. 719 min çoxdur.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 11.3% azalaraq 303.1 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 341.7 dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2.61%-nə bərabər olub.