Bu il Azərbaycanın daha 22 şirkətinin WEP-ə (Women Empowerment Principles – Qadınların Səlahiyyətlərinin Artırılması) qoşulacağı gözlənilir.
"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov deyib.
Onun sözlərinə görə, hazırda səkkiz Azərbaycan şirkəti bu prinsipləri tətbiq edir.
Qeyd edək ki, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən və BMTİP-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən təşəbbüs BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun və layihəsi çərçivəsində həyata keçirilir.