2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 384 milyon 675 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon 289 min ABŞ dollar və ya 45% çoxdur. 2022-ci müvafiq dövründə Azərbaycana 265 milyon 386 min dollar dəyərində geyim əşyaları idxal edib.
Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,43%-ni təşkil edib.