Bank Of Baku

Azərbaycanın gübrə ixracı azalıb, idxalı isə artıb

Azərbaycanın gübrə ixracı azalıb, idxalı isə artıb
# 22 iyul 2023 12:49 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 32 milyon 537 min dollar dəyərində gübrə ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesasabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə gübrə ixracı 3 dəfə və ya 66.6 milyon dollar azalıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gübrə idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.5% və ya 4.9 milyon dollar artaraq 36 milyon 647 min dollar təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 6 ayında gübrə ixracının ümumi ixracda payı 0.18%, gübrə idxalının ümumi idxalda payı isə 0.45% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR