Bank Of Baku

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 21% azalıb

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti 21% azalıb
# 15 avqust 2023 12:39 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 164 milyon 684 min dollar dəyərində 578 min ton buğda idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 34.5% və ya 148.2 min ton, məbləğ baxımından isə 6.5% və ya 10 milyon dollar çoxdur.

2022-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 154 milyon 660 min dollar dəyərində 429 min 806 ton buğda idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 20.8% və ya 74.9 dollar azalaraq 284.9 dollara (484.33 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 359.8 dollar (611.7 manat) təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 7 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.72%-nə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR