Bank Of Baku

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin azalıb

Azərbaycanın idxal etdiyi buğdanın qiyməti kəskin azalıb
# 14 iyul 2023 10:27 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 min 210 ton buğda idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23% və ya 92 min 462 ton, məbləğ baxımından isə 1.8% və ya 2 mln. 691 min çoxdur. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 17.2% və ya 61.6 dollar azalaraq 295.1 dollara(501.67 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 356.7 dollar(606.39 manat) təşkil edib.

Xatırladaq ki, cari ilin ilk 6 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.78%-nə bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR