2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 183 milyon 580 min dollar dəyərində 668 min 319 ton buğda idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23.9% və ya 128.9 min ton artıb, məbləğ baxımından isə 5.1% və ya 9.8 milyon dollar azalıb.
2022-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 193 milyon 660 min dollar dəyərində 539 min 331 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun qiyməti 23.4% və ya 84.1 dollar azalaraq 274.6 dollara (466.8 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 358.7 dollar (609.8 manat) təşkil edib.
Xatırladaq ki, cari ilin ilk 8 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.65%-nə bərabər olub.