2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 12.4% və ya 524 milyon 129 min dollar çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 210 milyon 996 min dollar təşkil edib.
Hesabat dövründə MDB ölkələrinə ümumi ixrac illik müqayisədə 1% artaraq 1 milyard 183 milyon 277 min dollara, MDB ölkələrindən ümumi idxal isə 16.9% artaraq 3 milyard 551 milyon 848 min dollara bərabər olub.
Qeyd edək ki, bu dövrdə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 28,16%-ni təşkil edib.