Bank Of Baku

Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək - FOTO

Bakı

© APA | Bakı

# 14 fevral 2022 15:53 (UTC +04:00)

Fevralın 19-da “SAT Group” tərəfindən 5-ci dəfə ölkənin ən böyük satış forumu təşkil olunacaq. Forumda sahibkarlar, CEOlar, satış rəhbərləri, menecerlər “2022 – Satışın Yüksəlişi” mesajı ilə bir araya gələcəklər.

Forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Bu il 3 panel, 3 moderator və hər paneldə 3 spiker olmaqla, toplam 9 spikerin olması planlaşdırılıb. Forumda spikerlər "Satış idarəetməsi", "Dijital satış strategiyası", "Müasir satış alətləri" panellərində çıxış edəcəklər.

Forumun biletləri artıq satışdadır.

Biletləri Facebook səhifəsində onlayn sifariş göndərməklə, saytda qeydiyyatdan keçməklə və +994554555645 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Qeydiyyat linki: https://ebilet.store/sat_group/index.php.

Qeyd edək ki, forumun informasiya dəstəyi APA-dır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR