2023-cü ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 1 465,85 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,1% çoxdur.
"APA-Economics" xəbər verir ki, 2023-cü ilin may ayında Azərbaycanın qeyri-neft ixracı 2022-ci ilin may ayı ilə müqayisədə 25,8% artaraq 278,25 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycandan qeyri-neft məhsullarının ixracı ötən ilin eyni rübü ilə müqayisədə 23,2% artaraq 912,4 mln. ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki il ilə müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dolları təşkil etmişdir.