Bank Of Baku

Azərbaycanın qeyri-neft ixracı fevralda 24% artıb

Azərbaycanın qeyri-neft ixracı fevralda 24% artıb
# 31 mart 2022 15:49 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 mln. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. dollar və ya 39,4% artıb.

2022-ci ilin meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln. dollar artaraq 92,3 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 16,5% artıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (51,1 mln. dollar) birinci olub. Bu siyahıda karbamid (29,3 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (28,6 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-fevral ayları ərzində Türkiyəyə 153,3 mln. dollar, Rusiyaya 119,1 mln. dollar, Gürcüstana 28,1 mln. dollar, İsveçrəyə 21 mln. dollar, İtaliyaya isə 19,4 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin fevral ayı üzrə ixrac 2,9 mlrd. dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 24% təşkil etməklə 229,6 mln. dollar olub. 2022-ci ilin fevral ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 19,4% artaraq 51,7 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 25,4% artaraq 177,9 mln. dollar təşkil edib.

2022-ci ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (82,7 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (48 mln. dollar) və Gürcüstan üçüncü (13,6 mln. dollar) olub.

2022-ci ilin fevral ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (28,9 mln. dollar) birinci, elektrik enerjisi (16 mln. dollar) ikinci və karbamid (14,7 mln. dollar) üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR