Bank Of Baku

Azərbaycanın qeyri-neft ixracı ötən il kəskin artıb

Azərbaycanın qeyri-neft ixracı ötən il kəskin artıb
# 07 yanvar 2022 17:30 (UTC +04:00)

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. dollar və ya 47,2% artıb.

2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln. dollar artaraq 630,4 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2021-ci ilin dekabr ayı üzrə ixrac 2,4 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln. dollar olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR