Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard dolları ötüb

Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard dolları ötüb
# 06 dekabr 2023 12:14 (UTC +04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur.

APA-Economics” xəbər verir ki, cari ilin noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR