Bank Of Baku

Azərbaycanın Rusiyadan idxalı 16% artıb

Azərbaycanın Rusiyadan idxalı 16% artıb
# 18 mart 2022 11:13 (UTC +04:00)

Bu ili yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 405,338 mln. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 123,006 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 38% çoxdur. İdxal isə 282,332 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 16% çoxdur.

Nəticədə, 2022-ci ilin ilk iki ayında 159,326 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 3,2% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR