Bank Of Baku

Azərbaycanın Rusiyaya qeyri-neft sektoru üzrə ixrac gəlirləri 552 mln. dollardan çox olub

Azərbaycanın Rusiyaya qeyri-neft sektoru üzrə ixrac gəlirləri 552 mln. dollardan çox olub
# 20 iyul 2023 13:43 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 552.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% və ya 170.3 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Rusiyaya 382 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 37.7% və ya 592.2 milyon dollar artaraq 2 milyard 164.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 621.1 milyon dollar, Rusiyadan ümumi idxal isə 1 milyard 543,4 milyon dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rusiya ilə ticarətin payı 8.27%-ə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR