Bank Of Baku

Azərbaycanın ticarət nümayəndəsi Rusiya XİN-in medalı ilə təltif edilib

Azərbaycanın ticarət nümayəndəsi Rusiya XİN-in medalı ilə təltif edilib
# 11 aprel 2023 17:14 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Rusiya Xarici İşlər Nazirliyinin medalı ilə təltif edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, azərbaycanlı diplomat Rusiya XİN-nin "Qarşılıqlı fəaliyyətə görə" ("За взаимодействие") medalı ilə mükafatlandırılıb.

Qeyd edək ki, Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib.

1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb.

2011-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri vəzifəsinə, 2021-ci ildə həmin ali təhsil ocağının Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib. O, bu institutda kafedra müdiri vəzifəsini tutan ilk azərbaycanlı olub.

2017-ci ildə isə R.Əliyev Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR