Bank Of Baku

Azərbaycanın xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay”da satışa çıxarılıb

Azərbaycanın xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay”da satışa çıxarılıb
# 04 aprel 2022 14:30 (UTC +04:00)

Azexport.az portalı vasitəsilə “ABAD” məhsulları olan xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında satışa çıxarılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümunələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.

Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR