Bank Of Baku

Azərbaycanla Hindistan arasında ticarət həcmi artıb

Bavitlunq Vanlalvavna

© APA | Bavitlunq Vanlalvavna

# 17 fevral 2022 12:41 (UTC +04:00)

Azərbaycanla Hindistan arasında ticarətin həcmi 2021-ci ildə illik ifadədə 27% artıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib.

Onun sözlərinə görə, bu göstəricinin artırılmasına böyük imkanlar var və bu, əsas prioritetlərdən biridir.

"Hindistanla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün çox böyük imkanlar var. Azərbaycan 10 milyondan çox əhalisi olan, həmçinin ümumi daxili məhsulu 50 mlrd. ABŞ dollarından çox olan bir ölkədir. Hindistan məhsulları üçün Azərbaycan bazarı kifayət qədər imkanlar yaradır", - səfir əlavə edib.

Səfir həmçinin, Hindistanın dünyanın ən böyük çay ixracatçılarından biri olduğunu xatırladıb və bildirib ki, hazırda Hindistanın dünya üzrə ixrac etdiyi çayın dəyəri 800 mln. dolları üstələyir: "Azərbaycanda Hindistan çayının payı cəmi 5%-dir. Buna səbəb Şri-Lanka, Rusiya və sair ölkələrin yerləşməsi, həmçinin yaxşı nəqliyyat əlaqələrinin olması baxımından daha üstün mövqedədirlər. İnanırıq ki, Hindistan çayını Azərbaycanda daha da təşviq etmək üçün yeni imkanlar yarada biləcəyik".

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın Hindistana ixracı 594 mln. ABŞ dolları, idxal isə 144,7 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR