"Azerçay" tərəfindən keçirilən lotereyanın son tirajının qalibləri məlum oldu.
"Azerçay" markası tərəfindən təşkil edilən "Doğma çayınızdan qazandıran lotereya"nın üçüncü tirajı baş tutub. ATV telekanalında canlı yayımlanmış lotereyada uduş fonduna daxil olan 6 Nissan X-Trail avtomobilindən son ikisi və yüzə yaxın müxtəlif hədiyyə sahibini tapıb. Uduşlu “Azerçay” alaraq son tirajda iştirak etmiş və avtomobilləri qazanmış kupon nömrələri aşağıdakı kimidir:
|
Məhsul/say |
Marka |
Model |
Sıra sayı |
|
Avtomobil |
|
|
|
|
1 |
Nissan |
X-Trail (2020) (ağ) |
T3A002698 |
|
2 |
Nissan |
X-Trail (2020) (ağ) |
T3A038511 |
Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçirilən stimullaşdırıcı "İlin qazananı sən ol" lotereyasının bütün nəticələri ilə mətbu orqanlarda, sosial media platformalarında və dogmacay.az saytında tanış olmaq mümkündür.