Bank Of Baku

“Azeri Express” və “OBA” arasında memorandum imzalanıb - VİDEO

“Azeri Express” və “OBA” arasında memorandum imzalanıb  - VİDEO
# 12 iyun 2023 15:00 (UTC +04:00)

“Azeri Express” və “OBA” marketlər şəbəkəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

APA-Economics” xəbər verir ki, ilkin mərhələdə əməkdaşlıq çərçivəsində paytaxt və bölgələrdə yerləşən 100-dən çox “OBA” filialında “Azeri Express”in lisenziyalı poçt məntəqələri öz yerini tutacaq.

Bu məntəqələrin əsas məqsədi vətəndaşlardan əlavə olaraq sosial mediada onlayn mağaza işlədənlərin, karqo şirkətlərinin və alış-veriş platformalarının rahatlıqla öz müştərilərinə çatdırılma edə bilməsidir.

Hər iki şirkətin əsas hədəfi tezliklə bütün “OBA” marketlərində “Azeri Express” POÇT məntəqələrinin açılması və cəmiyyətimizə yüksək keyfiyyətli POÇT xidməti göstərə bilməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR