Bank Of Baku

“Azəriqaz” əmlakını satanların borc şikayətinə aydınlıq gətirib

“Azəriqaz” əmlakını satanların borc şikayətinə aydınlıq gətirib
# 15 aprel 2022 13:16 (UTC +04:00)

"Bəzi hallarda əmlakını satan vətəndaşlar yaranan qaz borcu ilə bağlı məhkəməyə müraciət edirlər. Problem isə vətəndaşın özündən qaynaqlanır".

"APA- Economics" xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib. Onun sözlərinə görə, əmlak satılan zaman addan-ada keçirilmə olmadığı üçün yaranan qaz borcu ilə bağlı bildiriş əmlakın əvvəlki sahibinə göndərilir. Çünki “Azəriqaz”ın əmlakın satılması ilə bağlı məlumat mənbəyi yoxdur. Bunun baş verməməsi üçün evini, obyektini satan şəxs alqı-satqı prosesində abonent kodunu da dəyişdirməlidir.

O qeyd edib ki, mövcud qanunvericiliyə görə, “Azəriqaz” istehlakçı ilə bağladığı müqaviləyə xitam verə bilməz. Ona görə də vətəndaş müqaviləyə xitam verilməsi üçün “Azəriqaz”a ərizə ilə müraciət etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR