Bank Of Baku

“Azərişıq” nümayəndələri Zaqatalada sahibkarla görüşüb

“Azərişıq” nümayəndələri Zaqatalada sahibkarla görüşüb
# 17 iyun 2023 13:00 (UTC +04:00)

“Azərişıq” ASC fermerlərin və sahibkarların fikirləri, təklif və tövsiyələri dinlənilməsi məqsədilə Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində görüş təşkil olunub.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, 50-dən çox sahibkar və fermerin iştirakı ilə keçirilən görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müvini, həmçinin Şimal-Qərb RETSİ-nin rəhbəri, eləcə də qurumun mətbuat və ictimayyətlə əlaqələr idarəsinin rəisi iştirak edib.

Görüş əsnasında bildirilib ki, dövlət başçısının tapşırıqları əsasında bu gün ölkənin ucqar rayonlarında belə ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə yarımstansiyalar tikilir, şəbəkələr tamamilə yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qrurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də işğaldan azad olunan ərazilərimizdə tam gücü ilə aparılır.

Həmçinin qurumun elektron xidmətləri barədə də sahibkarlarla marifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırdıqları bəzi problemlər yerindəcə həll olunub.

Qeyd edək ki, “Azərişıq” ASC nümayəndələri sahibkarlarla görüşləri digər regionlarda da mütəmadi şəkildə davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR