Bank Of Baku

”Azərtütün” ASC-yə media-tur təşkil olunub - FOTO

”Azərtütün” ASC-yə media-tur təşkil olunub - FOTO
# 14 iyul 2023 17:13 (UTC +04:00)

“Azərtütün” Açıq Səhmdar Cəmiyyətinə 8,2 milyon manat sərmayə yatırılıb, müəssisənin texnoloji avadanlığı yenilənib.

APA xəbər verir ki, Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, özəlləşdirilən müəssisələr yenidən qurulur. 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti də, müqaviləyə əsasən, qalib şirkət üzərinə bir sıra öhdəliklər götürüb.

Öhdəliklərin icra vəziyyəti ilə yerində tanış olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müəssisəyə iyulun 14-də mediatur təşkil olunub.

Bildirilib ki, “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə elan edilən investisiya müsabiqəsinin qalibi olan cəmiyyət alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını artıq başa çatdırıb.

Belə ki, dövlət büdcəsinə 6,4 milyon manat məbləğində vəsaitin köçürülməsi, ümumi həcmi 8,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası təmin olunub.

Qeyd edək ki, müəssisədə 20 daimi, 150 mövsümi olmaqla 170 yeni iş yeri yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR