Bu ilin yanvar-fevral aylarında Azexport.az portalına 83,9 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5,9% azalıb.
Fevralda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 38,7 mln. dollar təşkil edib ki, bu da yanvar ayının göstəricisindən 14,4% azdır. 2022-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, pambıq lifi, pambıq yağı, pambıq çiyidi, nar şirəsi, alma, şərab, toyuq əti, toyuq yumurtası, şəkər, fındıq və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 28 fevral tarixinə kimi (62 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,8 (2,804.4) mlrd. dollar təşkil edib.